Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Yol qəzaları 15 Avqust 2021 | 16:00
OXUNUB: 2313

Kürdəmirdə xəsarətlə nəticələnən avto-nəqliyyat hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 52 yaşlı Salyan rayon sakini Hüseynov Pənah Allahpayı oğlu “Mercedes” markalı avtomobillər Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər Salyan rayon sakinləri, 19 yaşlı Hüseynova Vəfa Pənah qızı və 14 yaşlı Hüseynova Xəyalə Yalçın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man