Göyçayda avtomabillə qəza törədən sürücü maşını yol kənarında qoyaraq gedib. Hadisədən iki aya yaxın müddət keçib, amma hələ də minik maşını yolun kənarındadır.
Minik maşınının yol kənarında saxlanılması həm sakinlər, həm də sürücülər üçün təhlükə yaradır.
Sürücü qəzadan sonra avtomobili yolun yaxınlığında saxlayaraq gedib. Bu da hərəkətdə olan maşınlar üçün təhlükədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, avtomobilin sürücüsü Bakı sakini Rəsul Abbasovdur. Onun avtomobil artıq yol kənarından götürülərək duracağa yerləşdirilib.
Həmin şəxs polisə müraciət edərək avtomobilini duracaqdan götürə bilər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man