Rusiyanın Krasnoyarsk vilayətində 9 yaşındakı uşaq bir anda yola qaçaraq avtomobilin altında qalıb. Avtosfer.az bildirir ki, hadisə uşağın valideynlərinin gözü qarşısında baş verib. Uşaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən qaçaraq keçməyə çalışıb. Bu zaman o, “Mitsubishi” markalı avtomobilin təkərlərinin altında qalıb. Sürücü dərhal avtomobili saxlayıb qaçaraq uşağa köməyə gedib. Şok vəziyyətində olan oğlan ilk öncə ayağa qalxaraq qaçmağa çalışıb, amma dərhal yerə yıxılıb. Xoşbəxtlikdən oğlan qəzadan sağ çıxa bilib. Lakin ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man