Bu ilin yanvar-iyun aylarında Azərbaycan Cənubi Koreyadan 44,063 mln. ABŞ dolları dəyərində 6 662 yeni minik avtomobili idxal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində iki dəfəyə yaxın (96,2%), dəyər ifadəsində isə 74,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 500-2 500 kub sm (23,081 mln. dollarlıq 3 017 vahid) olan avtomobillər olub. Sözügedən kateqoriyadakı avtomobillər həmçinin dəyər ifadəsində də idxalda ən böyük pay sahibi olub.
Qeyd edək ki, ilin ilk yarısında Azərbaycan Cənubi Koreyadan 206,9 min dollarlıq 28 yeni hibrid minik avtomobili idxal edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man