Bakıda 13 yaşlı uşağı öldürən sürücü azadlıqdadır, yerinə başqası həbs olundu - VİDEO

Nəqliyyat TV 13 Avqust 2021 | 19:11
OXUNUB: 7632

Ötən həftə Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən dəhşətli hadisə baş verib. Bu barədə hadisə qurbanının yaxınları məlumat verib. Belə ki, 7 avqust 2021-ci il tarixdə, 22:32 radələrində 2008-ci il təvəllüdlü Bağışov Nurlan Əyyar oğlu və 1966-cı il təvəllüdlü Bağışov Əyyar Hüseynqulu oğlu yolu keçərkən yüksək sürətlə hərəkət edən göy rəngli “Mazda CX-5” markalı avtomobilin zərbəsinə məruz qalıb.

13 yaşlı oğlan avtomobilin zərbəsindən əks yola düşərək qarşıdan gələn “Toyota Prius” markalı minik maşınının təkərləri altına düşüb. N.Bağışov hadisə zamanı yerindəcə keçinib, atası Ə.Bağışov isə xəsarət alaraq Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı xəsarət almış və həyatını itirən azyaşlının atası Bağışov Əyyar Yasamal rayon Polis İdarəsində işin düzgün aparılmamasından şikayətçidir. O, bu məqsədlə Prezident İlham Əliyevə şikayət ərizəsi də göndərib.

Övladını itirmiş ata ərizədə qeyd edir ki, cinayət hadisəsi ört-basdır edilir. Belə ki, o, iddia edir ki, hadisə yerinə tökülmüş qan spirtli maddələrlə yuyulub təmizlənib, maşından qopmuş əşyayi-dəlillər məhv edilib, kamera görüntüləri silinib. Uşağı vuran avtomobilin sürücüsü qadın olduğu halda onun əri bir gün sonra saxlanılıb və bir saat sonra azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işini araşdıran müstəntiq Samir Ağayevlə əlaqə saxladıq. O, əvvəlcə bizimlə 15 dəqiqə sonra danışacağını bildirsə də, növbəti əlaqə qurmaq cəhdlərimiz uğursuzluqla nəticələndi.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man