Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, yayılan bu kimi məlumatlar əsassızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. "Yol polisi qayda pozan istənilən nəqliyyat vasitəsini saxlayır və barəsində inzibati tənbeh qaydası seçir, yaxud profilaktiki tədbir görülür. Nəzarət kameraları vasitəsilə də YPX əməkdaşlarının fəaliyyəti izlənilir. Qayda pozan sürücüyə qarşı tədbir görməmək pozuntudur. Düşünmürəm ki, hansısa əməkdaş belə pozuntuya yol versin. Burada imtiyazdan söhbət gedə bilməz. Sadəcə mentalitetimizə uyğun olaraq, dövlət qeydiyyat nişanı olan və qayda pozan bəzi qazi, əlil sürücülərə xəbərdarlıq edilir.
DYP-dən narazılıq edənlər isə ancaq intizamsızlığa yol verən bəzi sürücülərdir. Onların məqsədi məhz bu cür əsassız məlumatlar yayaraq, yol polisinin fəaliyyətinə kölgə salmaqdır”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man