Yol polisinin videsonu çəkib "avtoş"luq edən sürücü həbs edildi - VİDEO

İctimai nəqliyyat 12 Avqust 2021 | 15:30
OXUNUB: 8341

Bakıda avtoxuliqanlıq hərəkətləri edən və Dövlət Yol Polisi İdarəsinin həyətinə daxil olaraq DYP maşınlarının videosunu çəkib qərəzli ifadələr işlədən sürücü həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a məlumat verib. "Paytaxtın müxtəlif küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edən sürücünün görüntülərinə baxış keçirilərkən fakt öz təsdiqini tapıb. Törətdiyi inzibati xətaya görə sürücü 31 yaşlı Məmmədov Aslan Vaqif oğlunun barəsində toplanılmış materiallar aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib".

Vaqif Əsədov qeyd edir ki, dünən keçirilən məhkəmə zamanı sürücünün səmimi peşmançılığı və ailə vəziyyəti nəzərə alınmaqla yüngülləşdirici hal kimi 7 gün müddətinə inzibati qaydada həbs və nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması qərarı verilib.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man