Əmisi oğlunu döydü, daha sonra "Toyota" ilə üstündən keçib öldürdü - İmişlidə DƏHŞƏT

Nəqliyyat xəbərləri 12 Avqust 2021 | 12:52
OXUNUB: 5434

Fevralın 9-da İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İmişli rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində "Toyota Land-Cruiser" markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man