Report-un verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, "Shachman" markalı yük avtomobili ilə"NİVA" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan rayonun İkinci Nügədi kənd sakini Əmrulla Sədulla oğlu Əfəndiyev xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, o, xəstəxanada ölüb.
Hadisə yerinə FHN-nin xilasetmə Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man