Bəzi şəhər adlarının mənası – SİYAHIDA BAKI DA VAR
Maraqlı11 Avqust 2021 | 00:45
OXUNUB: 2479
Dünyanın bir çox şəhər adlarının mənası açıqlanıb.
Lent.az xarici mediaya istinadən onlardan bir neçəsini təqdim edir:
Kopenhagen (Danimarka) - Ticarət Limanı
Buenos-Ayres (Argentina) - Təmiz hava.
Montevideo (Uruqvay) - Dağları görürəm.
Bangkok (Tayland) - şəhərin tam adı "Krungtep Mahanakon Amorn Rattanakosin Makhintara Yudtaya Mahadilok Pop Noparat Ratchatani Burirom Udomratcheneves Mahasatarn Amorn Pimarn Avaltarnsatit Sakatattia Visanukram Prasit" kimi səslənir.
Tərcüməsi: Mələklər şəhəri, göy incilərinin ən böyük xəzinəsi, böyük və əlçatmaz ölkə, krallıqların ən önəmli və görkəmlisi, ən yüksək kral sarayları ilə dolu, doqquz nəcib daşlarla zəngin, cazibədar paytaxt. Cənnət evi, ilahi sığınacaq və yenidən doğulmuş ruhlar üçün sığınacaq.
Stokholm (İsveç) - Giriş adası.
Hanoi (Vyetnam) - Əjdahanın uçduğu yer.
Oslo (Norveç) - Allahın sahəsi.
Ottava (Kanada) - Görüş yeri.
Madrid (İspaniya) - Genişlənən meşə.
Lissabon (Portuqaliya) - Lo çayının ağzında yerləşən şəhər.