Gürcüstandan Azərbaycana avtomobil ixracı 64,8% artıb

Nəqliyyat xəbərləri 10 Avqust 2021 | 16:53
OXUNUB: 974

2021 -ci ilin birinci yarısında Azərbaycan Gürcüstandan 113,5 milyon dollar dəyərində 16 min 906 avtomobil idxal edib.

Avtosfer.az xəbər verir ki, bunu Gürcüstan Milli Statistika Xidməti bildirib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64,8 faiz (6 649 avtomobil) çoxdur.

Birinci yarımildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Bu dövrdə Azərbaycan 7,9 faiz payla Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ümumi ticarətdə Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

İlin birinci yarısında Gürcüstan Azərbaycana 244,3 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxalı 6,7 faiz azalaraq 248,8 milyon dollara düşüb.///fins.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man