Ferrari şəhərin dar küçəsində ilişib qaldı - VİDEO

Nəqliyyat xəbərləri 09 Avqust 2021 | 23:15
OXUNUB: 877

Bu günlərdə İnternet şəbəkəsində maraqlı bir vedoçarx peyda olub. Görüntülərdə Ferrari Roma superkarının dar küçədə sıxışıb qaldığı göstərilir. Hadisənin İtaliyada baş verdiyi bildirilsə də, bu küçənin hansı şəhərdə olduğu açıqlanmayıb.

Görünən odur ki, avtomobilin sahibi küçənin daraldığını hesaba almayıb və nəticədə Ferrari küçədə sıxışıb qalıb. Yerli sakinlərdən biri avtomobil sahibinə yardım etməyə cəhd göstərsə də, digər tərəfdən qaçaraq gələn qadın əl hərəkəti ilə avtomobil sahibinin ağıldan kəm olduğunu bildirib və geriyə hərəkət etməyi tələb edib.

Hadisənin nə ilə nəticələndiyi məlum deyil. Amma yeganə məlum olan superkarın lak-boya səthinin zədələnməsinin qaçınılmaz olduğudur.///autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man