Bakının daha bir küçəsində qanunsuz parklanmanın qarşısı alınacaq - VİDEO

Nəqliyyat TV 07 Avqust 2021 | 10:53
OXUNUB: 4212

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Nazim Hacıyev küçəsində təhlükəsizlik dirəkləri quraşdırır.

Bu barədə  Avtosfer.az-a qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu addım sakinlərin çoxsaylı müraciətləri əsasında atılır: "Agentliyin fəaliyyət istiqamətlərindən biri paytaxtın inzibati ərazisindəki səkilərin kənarlarına təhlükəsizlik dirəklərinin quraşdırılmasıdır ki, bu da istər piyada rahatlığı, istərsə də piyada təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Vətəndaşlardan N.Hacıyev küçəsində nəqliyyat vasitələrinin səkilərdə qanunsuz parklanaraq piyadaların, xüsusilə əlilliyi olan şəxslərin hərəkətinə maneə yaratması ilə bağlı müraciətlər daxil olub. Əməkdaşlarımız da adı çəkilən küçədə araşdırmalar aparb və təhlükəsizlik dirəkləri quraşdırmağa başlayıb".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man