Quşların yaratdığı MÖCÜZƏ - FOTOLENT

Maraqlı 06 Avqust 2021 | 17:44
OXUNUB: 555

Hindistanın Ajmer kəndində toxucu quşların yuva qurma sənəti gözəl görüntülər yaradıb. Elmi adı “Ploceidae” olan, Afrika, Hindistan və Avstraliya yaxınlığındakı adalarda yaşayan bu quşlar, bənzərsiz yuvaları ilə diqqəti cəlb edir.

Güclü yağışların davam etdiyi Hindistanda yuva qurmağa tələsən toxucu quşlar, yerdən qopardıqları təzə yaşıl otları ağac budaqlarına toxuyaraq yuvalarını qururlar. Toxuculuğu kişi fərd tərəfindən edilən bu cinsin dişiləri yuvaların içini düzür. Quşlar kifayət qədər su və yaşıl sahə tapmaq üçün insan məskənlərinə yaxın ərazilərdə yuva qurmağa üstünlük verirlər.Ətrafdan topladıqları təzə yaşıl otları ağacların ən güclü budaqlarına daşıyan quşlar əvvəlcə yuvanın girişini, sonra da ətrafını diqqətlə hörürlər.

Ağacın budağından asılmış lampaya bənzəyən yuvalar görənlərin gözünü oxşayır. Elə isə gözlərimizi bu gözəllikdən məhrum etməyək. Fotoları birlikdə izləyək.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man