“Vahabzadəni Rusiyaya təhvil verə bilərik, bir şərtlə…” – Diplomatla bağlı qalmaqal böyüyür

12 Avqust 2021 | 13:53
OXUNUB: 6359
"İsfəndiyar Vahabzadənin səsləndirdiyi ifadə ilə bağlı deputat Rasim Musabəyovun açıqlamasına rast gəldim. Təhqirləri Rasim Musabəyova qaytarmaq istəmirəm. Doğrudan da, Musabəyov Azərbaycan vətəndaşıdırsa, dövlətin qeyrətini çəkən biridirsə, uzun illər xalqımıza qarşı ağzına gələni danışan Vladimir Jirinovskiyə, Sovolyov kimi yaramaza niyə cavab verməyib, təhqir etməyib? Bu, bir daha onu göstərir ki, o, Əzizbəyovun və Əliheydər Qarayevin nəvəsidir, parlamentdə oturmağa haqqı yoxdur”.
 
Sfera.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
"İsfəndiyar Vahabzadənin rus xalqı ilə bağlı işlətdiyi ifadəni qətiyyətlə pisləyirəm. Rusiya telekanallarında Azərbaycana meydan oxuyurlar ki, Vahabzadəni bizə verin. Vahabzadənin Rusiyaya təhvil verilməsinə tərəfdar olacağam, bir şərtlə ki, uzun illər Azərbaycan xalqını təhqir edən Jirinovski, Sovolyov, Ara Abramyan bizə təhvil verilsin. Azərbaycan dövlətinə və xalqına xox gəlmək lazım deyil” – A.İsmayılov qeyd edib.
 

Aysel
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man