“Ürəkbulanma, qusma, başağrısı...” – Baş infeksionist yeni ştammın göstəricilərini açıqladı

10 Avqust 2021 | 11:32
OXUNUB: 1395
"Yeni ştammlar öz klinik və digər çalarlılığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir".
 
Sfera.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib. İnfeksionistin sözlərinə görə, fərqlilik ilkin vaxtlarda olur:
 
"Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur.
 
Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir.

Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bu iddialar tam sübut olunmayıb. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur".
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man