Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni təyinat
İctimai nəqliyyat04 Avqust 2021 | 16:04
OXUNUB: 1522
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.
Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.