Bakıda təcili yardım maşını qəzaya düşdü, altı nəfər yaralandı

Yol qəzaları 03 Avqust 2021 | 09:00
OXUNUB: 903

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, təcili yardım avtomobili ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilində olan 1961-cı il təvəllüdlü İskəndərova Firəngiz İsa qızı, 1979-cu il təvəllüdlü Kərbalayeva Aynurə Arif qızı və 1967-ci il təvəllüdlü Bağırov Vəfadar Əmirşah oğlu, “Opel” markalı avtomobildə olan 1989-cu il Novruzov Röyal Əziz oglu, 1957-ci il təvəllüdlü Hüseynov Ramiz Alış oglu və 2007-ci il təvəllüdlü Novruzov Əfsun Əziz oğlu xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya aparılıb. “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü Ramiz Hüseynovun vəziyyəti ağır olduğu üçün həkim nəzarətinə götürülüb.

Ona başın yumuşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Yol qəzası ilə bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man