"Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi..." - Deputatdan AÇIQLAMA

07 Avqust 2021 | 10:48
OXUNUB: 1056
"Ermənistan Azərbaycanla sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunmasını istəsə də, Moskva bundan imtina etmişdi. Çünki Ermənistanın Azərbaycanla təsdiq olunmuş rəsmi dövlət sərhəd xətti müəyyən olunmayıb".

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, qeyd edilənlərə baxmayaraq, Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı məlumatlar dolanır:

"Sual yaranır ki, "Azərbaycanla sərhədə rus hərbiçiləri gəlsin" çağırışını rədd edən Moskva niyə bölgəyə əsgər göndərir? 10 noyabr və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatlarda Ermənistan-Azərbaycan arası kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün sərhədlərdə  delimitasiya və demarkasiya işlərinin aparılması, o cümlədən dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsi vacibdir. Ermənistan torpaqlarımızı işğal etdiyi 30 il müddətində dövlət sərhədini düşünülmüş şəkildə Azərbaycanın ərazilərinə genişləndirmişdir. O cümlədən, Azərbaycanın 7 kəndinə də Ermənistan nəzarət edir. 

İndi isə Azərbaycan beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərini bərpa edir və bu məsələ gündəliyin ən vacib problemidir. Məhz dövlət sərhədinin müəyyənləşməsindən, eyni zamanda Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasından sonra sülh müqaviləsi imzalanmalı və bütün kommunikasiyalar açılaraq Ermənistan üçün düşünülmüş şəkildə saxladığımız blokadanı açmalayıq. Lakin Ermənistanda siyasi rəhbərlik ölkədəki ictimai-siyasi vəziyyətə tam nəzarət edə bilmədiyindən sərhədlərin delimitasiya və demarkasiyasını süni şəkildə gecikdirir, Azərbaycan hərbiçiləri ilə sərhəddə mütəmadi atışmalar baş verir. Nəticədə isə üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş və öz həllini tapmamış maddələr icra olunmadan qalmaqdadır".

Müsahibimiz qeyd edib ki, Rusiya üçtərəfli bəyanatın icrasında cavabdehliyi öz üzərinə götürdüyündən çalışır ki, bu məsələ həll olunsun:

"Ona görə də Rusiyanın bu prosesə moderatorluq edərək məsələni tezləşdirmək üçün Ermənistan-Azərbaycan sərhədində hərbçiləri yerləşdirməklə sərhədlərin delimitasiya və demarkasiya olunmasında baş verəcək mübahisələrin qarşısının alınmasına çalışdığını düşünürəm. Digər bir məqamı isə,  Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədləri 1992-ci ildən Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycanla olan sərhədləri də delimitasiya və demarkasiya olunduqdan sonra kimin tərəfindən qorunacağı bizə maraqlı olmamalıdır. Bu onların öz işidir. 

Bizim üçün isə əsas məsələ öz ərazi bütövlüyümüzün təmin edilməsidir. Bu prosesi rus hərbçilərinin iştirakı ilə daha mübahisəsiz həll edə biləcəyimizi düşünürəm".

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man