Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Yol qəzaları 01 Avqust 2021 | 16:47
OXUNUB: 542

Biləsuvar rayonunda yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man