Polis Mingəçəvirdə parkda oynayarkən valideynlərini itirən azyaşlını ailəsinə təhvil verib.
Avtosfer.az xəbər verir ki, Mingəçevir şəhəri ərazisində yerləşən “Sahil” parkında azyaşlının çaşqın vəziyyətdə tək dolaşması həmin ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər dərhal uşağa yaxınlaşıb,söhbət əsnasında qızcığazın parkda oynayarkən qəfildən valideynlərini itirdiyi və onları axtardığı məlum olub. Axtarışları nəticəsiz qalınca azyaşlı Polis Şöbəsinə gətirilib və onun ailəsinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Qısa müddət ərzində uşağın valideynləri tapılıb və 5 yaşlı E.M ailəsinə təhvil verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man