Zaqatalada avtomobilin ağaca çırpılması nəticəsində üç nəfər xəsarət alıb

Yol qəzaları 31 İyul 2021 | 12:41
OXUNUB: 307

Zaqatalada minik avtomobili ağaca çırpılıb, üç nəfər xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 40 yaşlı Famil Vəli oğlu Yusifov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü F. Yusifov və sürücünün sərnişinləri, Faldar kənd sakinləri 54 yaşlı Rövşən Saat oğlu Osmanov və Akif Əli oğlu Rüstəmov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man