Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı - VİDEO

Yeniliklər 31 İyul 2021 | 00:21
OXUNUB: 1410

Azərbaycandan xaricə səfər edən sərnişinlərin işləri asanlaşacaq.  

Avqust ayından etibarən bəzi istiqamətlərdə uçmaq istəyən sərnişinlərin  virus infeksiyasına dair şəxsi məlumatlarını kağız daşıyıcıda aparmalarına ehtiyac qalmayacaq. Artıq AZAL və Buta Hava Yolları "IATA Travel Pass" tətbiqinə qoşulublar. sərnişinlər bu tətbiqi mobil telefonlarına yükləməklə şəxsi məlumatlarını onlayn qaydada uçuş zamanı təqdim etmə imkanına malik olacaqlar.

Azərbaycandan xaricə təyyarə ilə gedəcək sərnişinləri yeniliklər gözləyir. AZAL və Buta Hava Yolları sərnişinləri özündə koronavirus infeksiyasına dair şəxsi məlumatları əks etdirən "IATA Travel Pass" mobil tətbiqi vasitəsi ilə uçuşa buraxacaqlar. AZAL-ın nüməyəndəsi Nərmin Xəlilovanın sözlərinə görə, yeni mobil tətbiq koronavirusla bağlı sərnişinlərdən tələb olunan vacib informasiyaları özündə əks etdirəcək

AZAL-dan bildirilib ki, bu tətbiqi ilk olaraq uçuşların ən çox olduğu istiqamətlərə gedən reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər. 

Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man