Milyonerlərin pulları əllərində qalıb, almağa 0 km maşın tapmırlar

Nəqliyyat xəbərləri 29 İyul 2021 | 15:45
OXUNUB: 1683

Pandemiya zamanı yaranan çip böhranı bütün avtomobil sənayesini dərindən sarsıdıb. İstehsalın yavaşlaması markaların tədarükündə problem yaratdığından gözləmə müddəti günbəgün uzanmağa davam edir. Avtosfer.az bildirir ki, premium markaların istifadəçiləri bahalı avtomobillər üçün çox uzun müddət gözləməli olur. Məsələn,  "Rolls-Royce" dileri önümüzdəki altı ay üçün heç bir sifariş qəbul etmir. Bu səbəbdən yazıq milyonerlər ikinci əl, yəni işlənmiş avtomobillərə yönəlməli olublar. Yaranan vəziyyət isə bu cür modellərin qiymətlərinin daha da bahalaşmasına səbəb olub.
Yalnız iyun ayında premium ikinci əl satış qiymətlərində 30% artım olduğu müşahidə edilib. Başqa sözlə çip böhranı ikinci əl avtomobil sektorundan da yan keçməyib. "Rolls-Royce" istifadəçiləri heç olmadığı qədər "Provenance" adlı ikinci əl proqramından istifadə etməyə başlayıb.
Eyni şey "Ferrari" və "McLaren" kimi markalar üçün də keçərlidir.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man