“Prior Leasing” tərəfindən fermerlərə - 3290 texnika təhvil verilib - FOTO

Yeniliklər 29 İyul 2021 | 11:45
OXUNUB: 611

“Prior Leasing” ASC 2014-cü ildə təsis edilmiş və əsas fəaliyyət növü kənd təsərrüfatı, tikinti texnikaları və damazlıq heyvanların lizinqidir.

“Prior Leasing” ASC 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı seçilmiş və indiki dövrədək fermerlərə 3290 texnika təhvil verilmişdir. 

“Prior Leasing” əsas məqsədi Prezident İlham Əliyevin 19 Dekabr 2018-ci il tarixində “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmanının tələblərinə uyğun olaraq ölkəmizdə kənd təsərrüfatının inkişafına öz töhvəsini vermək, fermerlərin texnika və damazlıq cins heyvanlarını sadələşdirilmiş lizinq şərtlərilə əldə etmələrini təmin etməkdir.

Geniş texnika seçimi ilə bərabər “Prior Leasing ASC”nin əsas üstünlüklərindən biri də Bakı şəhərindən xaric 11 bölgədə ( İmişli, Saatlı, Goran, Şəmkir, Ağstafa, Bərdə, Salyan, Quba, Cəlilabad, Ucar, Şəki) filiallarının olmasıdır. Filial daxilindəki sərgi salonlarında  fermerlər Bakıya gəlmədən, yol xərclərinə və vaxtlarına qənaət edərək kənd təsərrüfatı texnika və aqreqatlarını seçib yerində operativ rəsmiləşdirə bilərlər.  

Fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis etmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya almışdır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man