“Mercedes” qayda pozdu, cərimə “Niva”ya göndərildi: 090-la 900-ü kim səhv salıb?  - FOTO

Nəqliyyat xəbərləri 28 İyul 2021 | 14:14
OXUNUB: 3777

Bakının Nəsib bəy Yusifbəyli 74 ünvanında yanlış parklanmaya görə yazılan cərimədə yaranan texniki səhv aradan qaldırılıb. Bunu oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib. Onun sözlərinə görə, texniki səhv olub və səhv aradan qaldırılıb: “İnzibati cərimə ləğv edilib”, - deyə N.Piriyev bildirib.

***

“Başqa sürücünün cəriməsini mənim adıma sistemə vurublar”. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub. Müraciətdə qeyd olunub ki, 06.07.2021-ci il tarixi saat 13:30 radələrində Bakının Nəsibbəy Yusifbəyli 74 ünvanında “Mercedes-Benz” markalı 10 FL 900 dövlət nömrə nişanlı avtomobilə cərimə yazılıb. “Lakin cərimə mənim adıma göndərilib. Belə ki, sözügedən tarixdə mənə aid olan VAZ-2121 (NİVA) markalı 10 FL 090 dövlət nömrə nişanlı avtomobil həmin ərazidə park edilməyib. Nəticədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2 maddəsi əsas götürülərək (Maddə 346.2 -ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) mənə 40 manat cərimə yazılıb və mənim elektron kabinetimə göndərilib.

Məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq orqanlara müraciət etsəm də baş verən yanlışlıq düzəldilməyib”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man