Kürdəmirdə qəzada xəsarət alanların biri xəstəxanada ölüb  - YENİLƏNİB - FOTO

Yol qəzaları 28 İyul 2021 | 14:20
OXUNUB: 709

Kürdəmir rayonunda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, hadisə səhər saatlarında Bakl-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

“Opel” markalı avtomobilin sürücüsü, 25 yaşlı Quliyev Ceyhun Nəsimi oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Avtomobildə olan digər şəxs, 61 yaşlı Quliyev Rəfael Şahmalı oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

11:42

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı avtomobilin sürücüsü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, idarə etməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb.

Hadisə zamanı avtomobilin sürücüsü və hələlik şəxsiyyəti məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man