Qayda pozmadığı halda cərimələndiyini bildirən sürücünün məsələsi Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdılıb.
Avtosfer.az-a verilən məlumata görə sürücü Samir Şıxməmmədovun yol polisi əməkdaşları tərəfindən onun barəsində qanunsuz protokol tərtib olunması barədə iddiaları həqiqəti əks etdirmir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Bakı şəhər sakini Samir Şıxməmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala şəhəri ərazisində hərəkətdə olarkən manevr etmə qaydalarını pozduğu üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib olunub.
Sürücünün yol verdiyi qayda pozuntuları yol patrul xidməti avtomobilində quraşdırılan kameralarda da öz əksini tapıb.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man