Qayda pozmadığını iddia edən sürücü yol polisi əməkdaşı tərəfindən cərimələnib. Avtosfer.az">Avtosfer.az-a müraciət edən sürücü bildirir ki, Zaqatala şəhəri F.Əmirov küçəsi ilə hərəkət edərkən manevr və ötmə qaydasını pozmadan qarşıda sürətini azaldan yol polisi avtomobilini keçib: "99-YP-585 nömrəli yol polisi avtomobilinin sürücüsü yolun sol tərəfində asta sürətlə hərəkət edirdi. Mən onun yanına çatan zaman o, sürətini daha da azaltdığı üçün, heç bir manevr etmədən keçib getdim. Lakin o, məni saxladaraq sağdan ötmə etdiyimi bildirdi və mənə 40 manat cərimə yazdı. Amma hansı ki, mən sağdan ötmə etməmişəm".
"Yol hərəkəti haqqında" qanunda ötməyə verilmiş anlayışda yazılıb ki, "hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçmə- ötmə adlanır".
Barəsində protokol tərtib olunmuş sürücü zolağını dəyişmədən hərəkət etdiyi üçün ötmə etmiş sayılmır.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man