Bayılda yol polisinin gözü qarşısında yolu kəsdilər - VİDEO - FOTO

Nəqliyyat TV 27 İyul 2021 | 10:00
OXUNUB: 4180


Bayıl qəsəbəsində yerləşən Səbail rayon Dövlət Yol Polisi şöbəsinin qarşısındakı yolu bir neçə aydır kimlərsə qanunsuz olaraq bağlayıb. Avtosfer.az">Avtosfer.az-a müraciət edən sakinlər yolun bağlanmasına görə əziyyət çəkdiklərini bildirirlər.
Belə ki, Bayıl qəsəbəsində "bəy Mamed" kimi tanınan iş adamının tikdirdiyi binaların arasından əsas yola çıxan hissəyə dəmirlər basdıraraq hərəkəti məhdudlaşdırıblar. Həmin kəsişmədə hətta sola hərəkəti bildirən yol nişanı da quraşdırılıb. Yolda sıxlıq yaranan zaman sürücülər qeyd etdiyimiz köməkçi yoldan istifadə edərək gedəcəkləri məsafəni qısaldırdılar. Lakin maneə quraşdırılandan bəri həmin köməkçi yoldan istifadə etmək mümkünsüz olub.

Ümid edirik ki, aidiyyəti qurumlar sakinlərin narazılığını araşdırıb müvafiq addımlar atacaq.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man