Dünyanın bir çox ölkələrində asfalt üzərinə avtomobil hərəkət edərkən musiqi səsi çıxaran xüsusi qurğu döşənir. Daha sonra bu qurğunun üzərinə çəkilən zolaqlar sayəsində hərəkət edən avtomobil musiqi notalarının səslənməsinə səbəb olur. Hətta sürücülərə bu yola girdiyini bildirmək üçün yolun başlanğıcına musiqi notasının şəkli də çəkilir. Avtosfer.az bildirir ki, Bakıda da belə yollar mövcuddur. Dəniz Vağzalının qarşısında, kənar dairəvi yolda bu cür səs effekti verən qurğunun səsini eşitmək mümkündür. Sadəcə bu yollara müsiqi səsi çıxaran xüsusi qurğu döşənmədiyindən avtomobil hərəkət edərkən yalnız uğultu səsi duyulur.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man