Azərbaycanda tragikomik hadisə:5 aydır şəxsi avtomobilini idarə edə bilmir - VİDEO

Nəqliyyat xəbərləri 25 İyul 2021 | 00:01
OXUNUB: 15216

Hacıqabul sakini qəribə vəziyyətlə üzləşib. Elnur Ocaqov mart ayından etibarən şəxsi avtomobilini idarə edə bilmir. Səbəb başqa şəxsə yazılmış cərimələrin onun elektron ünvanına göndərilməsidir. Məsələ ilə bağlı baş dövlət yol polisindən bildirilib ki, vətəndaş quruma rəsmi müraciət etməlidir. 

Hacıqabul sakinin başına tragikomik hadisə gəlib. Elnur Ocaqov 5 aydan çoxdur ki, şəxsi avtomobilini idarə edə bilmir. 

Mart ayından başlayaraq hər ay onun idarə etdiyi 90 RP 517 dövlət qeydiyyat nişanlı avtomobilə cərimə protokolları tərtib edilir.
Elnur Ocaqov deyir ki, özünün idarə etdiyi avtomobil VAZ 21014 markalı minik avtomobilidir. Onun elektron ünvanına gələn cərimələr isə başqa sürücünün törətdiyi qayda pozuntuları ilə bağlıdır.

Elnur Ocaqov bildirib ki, yığılan cərimələrin məbləği 200 manatdan çoxdur. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, vətəndaş məsələ ilə bağlı quruma rəsmi şəkildə müraciət ünvanlanalıdır. Yalnız bu müraciətdən sonra iş araşdıralaraq öz həllini tapa bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man