Meymunlar şəhər mərkəzini ələ keçirib binalara hücum etdilər - FOTO

28 İyul 2021 | 16:25
OXUNUB: 1120
COVID-19 məhdudiyyətləri səbəbilə komendant saatı tətbiq olunan Taylandda yaşayış məntəqələri meymunlar tərəfindən hücuma məruz qalıb. 
 
Sfera.az xəbər verir ki, qida axtarmaq üçün Lopburi şəhərinin boş küçələrinə enərək dəstələr halında gəzən meymunlar arasında dava düşüb. Qədim buddist məbədinin qarşısında toplaşan meymun dəstələri bir-biri ilə dalaşdıqdan sonra nəqliyyatın hərəkəti dayanıb.

Mövzu ilə əlaqədar olaraq yerli mediaya açıqlama verən baytar Supakarn Kaevçot "Meymunlar binaları işğal edir və şəhər sakinlərini evlərini tərk etməyə məcbur edirlər”, - deyə bildirib.

Qeyd edək ki, Taylandda meymunların şəhərə enərək döyüşməsi faktı ilk dəfə deyil. 2020-ci ilin mart ayında iki meymun dəstəsi şəhərə enmiş və karantin müddətində boş qalan küçələrdə kütləvi dava etmişdilər.

Əzizə Zeynal
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man