“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib

İctimai nəqliyyat 23 İyul 2021 | 17:58
OXUNUB: 60136

“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası qərar qəbul edib.

Təlimatda edilən dəyişikliyə görə, patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin arxasında saxlanılmalıdır.

Sənədə əsasən, yol şəraiti və hərəkət intensivliyi nəzərə alınmaqla patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin qarşısında da saxlanıla bilər. Nəqliyyatın hərəkəti üçün maneə və ya əməkdaş üçün təhlükə yarandığı hallar istisna olmaqla, əməkdaş dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmamalıdır.

Qərar respublika daxili işlər orqanlarında elan edilib.

Qeyd edək ki, bu dəyişikliyə qədər patrul avtomobili dayandırılan nəqliyyat vasitəsinin arxasında saxlanılmamalı idi. Əməkdaşın dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durması tövsiyə olunmurdu.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man