"Toyota Camry" uçaraqəks yola düşdü, ağır qəzaya səbəb oldu - VİDEO

Yol qəzaları 23 İyul 2021 | 17:17
OXUNUB: 622

Kaliforniyada magistral yolda avtomobillərdən birinin registratoruna qeyri-adi bir hadisə tuş gəlib. Sedan tipli “Toyota Camry” avtomobili əks yoldan uçaraq videonu lentə alan avtomobilin qarşısına düşüb. Avtosfer.az bildirir ki, yüksək sürətlə hərəkət edən “Toyota Camry” avtomobili əks yolun ortasındakı hündür baryerin üstündən uçaraq digər yola düşüb bir neçə dəfə çevriləndən sonra damı üstündə dayanıb. “Camry”nin sürücüsü sağ qalsa da ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb isə sürət həddinin aşılması olub. Belə ki, sürət həddi 40 km / s olan döngəni 130-160 km / s sürətlə keçməyə çalışan “Toyota”nın sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Polis araşdırması zamanı sürücünün sərxoş olmadığı ortaya çıxıb. Məlum olub ki, o, digər bir qəzadan yayınmaq üçün sürət həddini aşıb və nəticədə daha ağır bir qəzaya düşüb. 

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man