Toy karvanında “oyun çıxaran” “Niva” sürücüsü qarşıdakı maşını qəsdən vurdu - VİDEO

Nəqliyyat TV 23 İyul 2021 | 15:15
OXUNUB: 1855

Son günlər toy karvanlarında baş verən qəza xəbərləri gündəmi məşğul etməkdədir. Bu dəfə baş verən hadisə ciddi bir qəza olmasa da, səbəbkar toy karvanlarını yasa çevirə biləcək potensiala sahib bir sürücüdür. Avtosfer.az bildirir ki, toy karvanında iştirak edən 99-DG-595 nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü digər sürücülərlə zarafatlaşarkən ara məsafəsi saxlamadığından qarşısındakı “VAZ 21015” markalı avtomobili arxadan qəsdən vuraraq onun nömrə nişanını əzib, buferini zədələyib.

İdarə etdiyi “Niva”nın önünü qaldıraraq onsuz da qayda pozan sürücünün avtomobilinin arxasındakı əziyindən də bəllidir ki, bu, onun ilk qəzası deyil. 
Qeyd edək ki, elə ötən həftə bir neçə toy karvanı belə sürücülərə görə yasa çevrilmişdi. Yol polisi daim sürücüləri toy karvanlarında nizam-intizama əməl etməyə səsləyir. Qayda pozanları isə elə yerindəcə cəzalandırır. 

 

Aysel

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man