"Görüşdə Azərbaycan müdafiə nazirilə Ermənistan müdafiə nazirinin görüşünün təşkilinin müzakirə edildiyi istisna deyil”.
Bu sözləri Sfera.az-a açıqlamasında Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqunun Ermənistan müdafiə naziri vəzifəsini icra edən Arşak Katapetyanla görüşünü şərh edərkən, politoloq Əlimusa İbrahimov deyib:
"Düzdür, iki ölkə naziri arasında görüşün detalları barədə məlumat verilmir. Hesab edirəm ki, üçtərəfli görüşün təşkili mövzusu əsas məsələdir. Bu barədə bir müddətdir müzakirə gedir”.
Həmsöhbətimiz düşünür ki, bu görüşdə də son zamanlar Azərbaycan Ermənistan sərhədində baş verən olaylar və ona son qoymaq məsələsi müzakirə predmeti olacaq:
"Sərhəddəki bu təxribatlar Rusiyanı da narahat edir. Çünki həmin ərazidə Rusiya sülhməramlıları dayanıb. Bu hadisələri kimin başlatdığı və nədən qaynaqlandığını artıq müəyyən etmək və qarşısını almaq lazımdır”.
Rüfət SULTAN
Sfera.az