Səbaildə reyd: maskasız taksi sürücüləri, sərnişinlər və polisdən qaçanlar... - FOTO - VİDEO

İctimai nəqliyyat 22 İyul 2021 | 22:26
OXUNUB: 10053

Bu gün Səbail rayon Polis İdarəsi və Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət - profilaktiki və maarifləndirici reyd keçirib. Avtosfer.az xəbər verir ki,  əsas məqsəd koronavirus pandemiyasına qarşı tədbirləri gücləndirmək, ictima nəqliyyatda tibbi maskadan istifadə, eyni zamanda qayda pozan sürücülərin aşkar edilməsi olub. 
Tədbir zamanı saxlanılan avtobus və taksilərdə bu qaydaların pozulması halları aşkarlanıb. Polis əməkdaşları vətəndaşlarla profilaktiki söhbətlər apararaq qaydalara əməl etməyi tövsiyə edib. Eyni zamanda qaydaları kobud şəkildə pozan sürücü və sərnişinlər barəsində qanunauyğun qaydada tədbirlər görülüb. 

Reyd zamanı tabesizlik göstərərək qaçmağa cəhd edən 99 RU 832 dövlət nömrə nişanlı avtomobilin sürücüsü saxlanılıb. Məlum olub ki, heç bir sənədi olmadan maşını sürən şəxsin ödönməmiş çoxlu sayda cəriməsi də var. 

Qeyd edək ki, analoji tədbirlər davam etdiriləcək.

Orxan 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man