Vilayət Eyvazov onu Yasamala rəis müavini TƏYİN ETDİ
İctimai nəqliyyat22 İyul 2021 | 16:50
OXUNUB: 1640
Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.