Rusiyada magistral yolların birində iki yük maşını toqquşub. Qəzanın təsirindən alışan yük maşınlarını söndürmək üçün əraziyə yanğınsöndürən çağırılıb. Avtosfer.az bildirir ki, qəzaya səbəb “MAZ” markalı yük avtomobilin sürücüsünün əks yola çıxması olub. Sürücü ya qarşıdan gələn yolun daraldığını anlamayıb, ya da sükan arxasında yuxulayıb. Qəzanın videosu “KAMAZ”ın arxasınca gələn minik avtomobilinin registratoru tərəfindən lentə alınıb. Zərbədən dərhal sonra güclü bir yanğın baş verib və nəticədə hər iki yük maşını da yanmağa başlayıb. Qəzada iştirak edən avtomobillərin dəhşətli görünüşünə baxmayaraq sürücülər sağ qalıblar.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man