“Sürücülük vəsiqəsi olmayan, sərxoş halda qəza törədənləri əfv etmək olmaz ” – Rəşad Məcid - VİDEO

Nəqliyyat TV 23 İyul 2021 | 11:11
OXUNUB: 2299

Bu həftə Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan “Qaydalar hamı üçünüdür”ün qonağı “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Əfv Komissiyasının üzvü Rəşad Məcid oldu. Nə peşəsi, nə də gördüyü işləri saymaqla bitməyən Rəşad Məcid qələminin gücü ilə hünərini göstərdiyi kimi, sükan arxasında da əyləşib sürücülük mədəniyyətini nümayiş etdirdi. 
15 ildir avtomobil idarə etməyən Rəşad Məcid çəkiliş üçün sükan arxasına əyləşərək avtomobili ilk dəfə idarə etdiyi günləri xatırladı: 
“Atam mənə öyrətmişdi avtomobil idarə etməyi. Elə o zamandan bəri maşını çox ehtiyatlı sürürəm”.
Hazırda həm də Əfv Komissiyasının üzvü olan yazıçı ehtiyyatsızlıqdan yolda qəza törədənlərin əfvini dəfələrlə irəli sürüb və əməlindən peşman olan, qarşı tərəflə barışan bir çox sürücünün cəzasının sonlandırılmasına nail olub. Amma Rəşad Məcidin gözündə əfv olunmayacaq sürücülər də az deyil:
“Sürücülük vəsiqəsi olmayan, sərxoş vəziyyətdə maşını idarə edib qəza törədənləri əfv etmək olmaz”.
Ağdamda doğulub, orada böyüyən tanınmış yazıçı bu gün Bakıda maşın sürməyin çətinliyindən danışarkən bir zamanların Ağdam bazar meydanını xatırladı:
“Ağdamda belə deyirdilər ki, kim ki, bazar günü bazarın ətrafında iki dövr edə bildisə, deməli, ona sürücülük vəsiqəsi verilə bilər. Bakıda da vəziyyət bu cürdür”.
Rəşad Məcid bütün neqativ hallarla yanaşı günümüzdə piyada və sürücü mədəniyyətinin inkişaf etməsindən çox razıdır. 
Bununla yanaşı Rəşad müəllim yollarda nizam-intizamın gücləndirilməsini zəruri sayır. Xüsusən də, avtoxuliqanlıq edənlərin bu əməllərindən yayınması üçün tək yolu ağır cəzaların tətbiq edilməsində görür.
Gözəl nitq mədəniyyəti, məzəli söhbətləri, açıq fikirliliyilə seçilən Rəşad Məcid səbrli avtomobil idarə etməsilə də sürücülərə yaxşı örnək oldu. Sonda o, sürücülərə tövsiyyələr verməyi də unutmadı:
“Sürücülər yollarda tələsməsinlər, onsuz da qaçhaqaç dünyamız var, tələsməklə heç nəyə nail olmaq mümkün deyil”.
Buyurun izləyin.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man