Bakıda qayda pozan sürücünün qəzaya düşmə anı avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 99-NZ-821 qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü iyulun 20-i paytaxt küçələrinin birində manevr qaydalarını pozaraq maşınların arasından keçib. Yüksək sürətlə hərəkətinə davam edən sürücü qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmədiyi üçün onu arxadan vurub.
Sosial şəbəkədə qayda pozan sürücülərin videosunu paylaşan zaman insanlar rəy bölməsində “bəlkə tələsir”, “bəlkə xəstəsi var”, “sürə bilir sürür”- kimi fikirlər səsləndirirlər. Lakin anlamırlar ki, bu cür sürüşlərin sonu bir gün qəza ilə nəticələnir. İndi sual yaranır: “xəstə aparan” bu sürücü tələsib qabağa düşdü, yoxsa geri?...
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man