“Report” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində yerləşən “Rüfət” şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.
Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man