Yük avtomobillərinin kor nöqtəsini bilməyən, dönərkən belə onların dibinə girməkdən çəkinməyən daha bir sürücünün sonu faciə ilə bitib. Avtosfer.az bildirir ki, xarici ölkələrin birində yaşanan yol-nəqliyyat hadisəsində minik avtomobilinin sürücüsü faciəvi sonluqla həyatını itirib. Belə ki, yük avtomobilinin ardınca getməyə səbri çatmayan sürücü dönmə zamanı onu sağdan ötüb keçmək istəyib. Elə bu zaman döngəyə düzgün girməyən yük maşınının sürücüsü onun aşamasına səbəb olub. Nəticədə yük maşını onun sağında olan minik avtomobilinin üstünə yıxılıb. Yük avtomobilinin daşıdığı yük də ağır olduğundan o, minik maşını tamamilə əzib. Sürücünün buradan sağ çıxması mümkünsüz olub. Yük avtomobilinin sürücüsü isə yüngül xəsarətlər alıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man