Rusiyada iki qatar toqquşub - 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Yol qəzaları 18 İyul 2021 | 10:37
OXUNUB: 383

Rusiyanın Amur bölgəsində iki qatarın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb, onlardan 2-nin yeri hələlik müəyyən edilməyib.

APA xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar həkim nəzarəti altındadırlar: “İlkin məlumata görə, qatarın toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Hazırda yaralılar “Verxni Ulak” stansiyasında həkim nəzarəti altındadır. Daha iki kişinin yeri məlum deyil. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirir”.

Xatırladaq ki, hadisə ötən gün “Verxni Ulak” stansiyasından 51 km məsafədə baş verib. Daha əvvəl iki ölü və iki yaralı haqqında məlumat verilmişdi. İlkin versiyaya görə, hadisəyə səbəb maşinistlərdən birinin ürəktutması olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man