Kamerun millisinin qapıçısı Karlos Kameni bədbəxt hadisə ilə üzləşib.
vtosfer.az Apasport.az-a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper ölkəsinin qərb bölgəsində qəza törədib.
Hadisə nəticəsində bir nəfərin öldüyü, Kameninin isə ağır yaralandığı bildirilib. Hazırda xəstəxanada olan “Fənərbaxça”nın sabiq qolkiperinin durumu stabildir.
Qeyd edək ki, hazırda karyerasını Cibuti klubu “Arta Solar7”də davam etdirən Karlos Kameni Avropada “Havr”, “Sent-Etyenn”, “Espanyol” və “Malaqa”nin da formasını geyinib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man