“Volkswagen” satışını 28% artırıb

Nəqliyyat xəbərləri 17 İyul 2021 | 11:20
OXUNUB: 943

Bu ilin I yarısında Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti təxminən milyon ədəd avtomobil satıb.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

Hesabat dövründə “Volkswagen”in satışı Qərbi Avropada 31%, Şimali Amerikada 45%, Çində 16% artıb. Bununla belə, mikrosxem tədarükü ilə bağlı problemlərə görə şirkətin Çindəki bölməsi vəziyyətin çətin olduğu bildirilir.

2021-ci ilin yanvar-iyun aylarında “Volkswagen” qrupuna daxil olan "Audi" şirkəti isə təxminən 1 milyon ədəd avtomobil satıb. Bu isə 1 il əvvələ nisbətən 39% çoxdur.

Xatırladaq ki, “Volkswagen” 2030-cu ilə kimi Avropada elektromobillər üçün batareya istehsal edəcək 6 zavoddan ibarət şəbəkə yaratmaq niyyətindədir. Həmin müəssisələrin il ərzində məcmu tutumu 240 GVT/saat olan akummulyatorlar buraxacağı gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man