Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qurulan açıq bazara kimlər göz yumur? Avtovağzaladan-avtovağzala mədəniyyətini formalaşdırmağa imkan veməyən qanunsuz taksilər, mikroavtobuslar görəsən bu özbaşnalığı özbaşlarınamı edirlər? Bu suallar hər kəsi, ən çox da elə avtovağzal işçilərini, avtobus sürücülərini, vağzaldan istifadə edən sərnişinləri düşündürür.
Bu gün avtovağzalın qarşısında daha iki avtovağzalın olduğunu bilməyən yoxdur yəqin ki. Yoxdursa da, biz deyək, bilsinlər. Bəli, bizim “kiçik vağzal”ımız və bir də “gizlin vağzal”ımız var.
Vağzalın qarşısına toplaşan qanunsuz sərnişindaşıyanlar azmış kimi onlardan bəziləri bu işi səliqəli hala gətirərək yolun qarşısında həm kölgəli parklanması, həm də kafesi olan bir məkanı avtovağzala çevirib. Kim? Bax, sual doğuran məqam da elə budur. Vağzaldan bir az yuxarıda isə gözdən uzaq olan gizlin bir vağzal da var ki, orada vəziyyət bir az qəlizdir. Çünki göz qabağında olmayan bu vağzala sərnişin gəlmədiyi üçün aşağıda xüsusi şəxslər yerləşdirilib və onlar gətirdiyi hər müştəriyə görə sürücüdən qonarar alır. Biri alır, biri verir... Kimə? Bu suallar da cavabsızdır.
Bu mövzunu qələmə alanda isə çoxları bu qanunsuz sənişindaşıyanları müdafiəyə keçərək, “çörəkpulu qazanırlar, nə işiniz var” deyirlər. Yaxşı, bəs iritutumlu avtobus sürücüsü uzun yolu 8-10 sərnişinlə gedəndə pul qazanmırsa, dövlətin tikdiyi böyük avtovağzal boş qaldığından ziyana işləyirsə və günün birində tam bağlanarsa, bəs onun işçiləri çörəksiz qaldığı təqdirdə nə baş verəcək? Çörəkpulu dərdindən vağzalın qarşısına toplaşan qanunsuz sərnişindaşıyanlar orada tıxac yaratmaqla, çörəkpulu dalınca gedənlərə maneə olmurmu? Yoxsa Bakıya çörəkpulu dalınca gəlib qazandığını rayona, ailəsinə aparan insanı yolda sürət həddini aşaraq o dünyaya göndərən bu çörəkpulu qazananlara haqq qazandıraq? Hər kəsə “pul qazanır” deyə göz yumulsa o zaman bu şəhərin küçələrini özbaşnalıq “bəzəyər” və çörəkpulu qazananlar elə bir-biriini “didər”. Hər şey həddində olsa yaxşıdır. Pul qazanan zaman heç kimin çörəyinə bais olmaq düzgün deyil.
Bu gün Azərbaycanda dövlətin qurduğu avtovağzalın qarşısında bu cür sərnişin alveri quranlar özbaşınadırmı...
Suallar cavabsız qalər. Sürücülər çörəkpulu qazanmaq istəyir, sərnişin isə mənzil başına tez çatmaq. Bunu təhlükəsiz və qanunlar çərçivəsində etmənin yolu var əlbət ki... Yəqin, tez bir zamanda bu məsələ də həllini tapar. Çünki qanunsuz sərnişindaşıma ilə məşğul olanlar tamahı ucbatından yollarda baş verən qəzalarda insanlar ölür.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man