“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə 3 min avro təzminat ödəyə bilər

Nəqliyyat xəbərləri 15 İyul 2021 | 16:46
OXUNUB: 1082

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti Niderlanddakı müştərilərinin bir qisminə adambaşına 3 min avro təzminat ödəməlidir.

Bu barədə paytaxt Amsterdamdakı yerli məhkəmə qərar qəbul edib.

Qərara əsasən, söhbət qaz emissiyasının nəticələrini saxtalaşdıran proqram təminatı ilə təchiz olunmuş dizel mühərrikli avtomobillərin sahiblərindən gedir. Bunlar əsasən, 2-ci əl "Volkswagen", "Seat" və "Škoda" markalı avtomobillərdir.

“Volkswagen” məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xatırladaq ki, Almaniya şirkəti bundan əvvəl qaz emissiyası qalmaqalına görə ABŞ-dakı istehlakçılara 15 milyard dollar cərimə ödəməyi qəbul edib.//report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man