Yol polisi qanunsuz sərnişindaşımaya qarşı mübarizəyə başladı - VİDEO

İctimai nəqliyyat 15 İyul 2021 | 14:29
OXUNUB: 734

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən stasionar postda yollarda baş verə biləcək qəzaların qarşısının alınması, hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət olunması məqsədilə təbliğat xarakterli tədbir keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbirdə Baş İdarənin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli və DYP-nin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları iştirak ediblər. 
Əsas məqsəd yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün sürücülərin uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməsi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunması, sərnişindaşıma, yükdaşıma qaydalarına riayət edilməsi, nəqliyyat vasitələrinin texniki sazlığına fikir verilməsi barədə sürücülərin maarifləndirilməsi olub. 
Tədbir zamanı yuxarıda sadalanan qaydaları kobud şəkildə pozan sürücülər barəsində inzibati qaydada tədbir görülüb.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man